Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu“ adlı elmi-praktiki konfrans keçirilib

03 may 2024 | 12:32

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 03 may 2024-cü il tarixində Sabirabad Heydər Əliyev Mərkəzində rayonun idarə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, ictimaiyyətin və gənclərin nümayəndələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu“ adlı elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Daha sonra “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu“ adlı video çarx nümayiş olunub.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək dövlət siyasətinin vacib istiqamətlərindən biri olan ekoloji mühitin qorunması və vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması, ölkədə sanitariya mədəniyyətinin yüksəldilməsi kimi məsələlər diqqət mərkəzində saxlanıldığı və bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” və yaşıl enerji siyasəti və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma və reintroduksiya layihələri barədə məlumat verib.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti, 1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin tələbləri və tövsiyələri, Müstəqillik dövründə Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin təbiətə yeni baxışı, ətraf mühit sahəsində qəbul edilmiş mühüm qərar və tövsiyələr, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ekoloji siyasətinin formalaşması və inkişaf etdirilməsi məsələləri, Ulu Öndər Heydər Əliyev və xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, genişləndirilməsi və digər mövzular ətrafında danışılıb.

Keçidlər