Sabirabadda xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirmə işləri aparılmışdır
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 aprel 2019-cü il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının 10.12.5-ci (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.) bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə rayonda əhali arasında maarifləndirmə işləri aparılmışdır.
Görüşlər zamanı ətraflı söhbətlər aparılaraq, xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyi bildirilmiş və bukletlər paylanılmışdır.






