Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Vətəndaşların müraciətlərinə baxılması sahəsində səmərəliliyin artırılmasına dəstək” mövzusunda tədbir keçirilmişdir

30 iyul 2024 | 15:30

“Hüquq və İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında “Vətəndaşların müraciətlərinə baxılması sahəsində səmərəliliyin artırılmasına dəstək” layihəsi çərçivəsində ictimai müzakirələrin iştirakçısı kimi yerli dövlət qurumlarının, təşkilatlarının nümayəndələri və fəal vətəndaşlar ilə bağlı təlim keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, “Hüquq və İnkişaf” İB-nin sədri  Hafiz Həsənov, hüquqşünas-ekespert Əlibaba Rzayev, yerli dövlət qurumlarının və təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlamış, vətəndaşların müraciətlərinə baxılması sahəsində səmərəliliyin artırılmasının vacibliyini vurğulamış və bu sahədə aparılan islahatlar barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Daha sonra çıxış edənlər vətəndaşların müraciətləri, onların verilməsi və baxılması qaydaları ilə bağlı hüquqi məlumatlandırılma işlərinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilmişlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər