Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılır, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır

14 noyabr 2024 | 15:14

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.5.6-cı “Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması” bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad 1 saylı Mediasiya təşkilatı və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad rayonu Qəzli kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad 1 saylı Mediasiya Təşkilatının sədri Musa Ramazanov, Sabirabad RİHB aparatının aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Nazim Sultanov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndəsi Şamama Əbilova, Qəzli kənd tam orta məktəbinin kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən məktəblərdə uşaqların davamiyyəti ilə maraqlanılır, jurnallara baxılır. Hər hansı uşağın uzun müddət dərsə gəlmədiyini aşkar olunduğu halda onun valideynləri ilə əlaqə yaradılır və şagirdin məktəbə gəlməsi təmin olunur. Eyni zamanda, həmin şagirdlərlə də təhsildən yayınma, erkən nikah, əməyə cəlb olunma ilə bağlı söhbətlər aparılır. Bunlardan əlavə, məktəblərlə, müəllimlərlə, psixoloqlarla da iş aparılır ki, onlar bu prosesdən kənarda qalmasınlar.

Keçidlər