Sabirabadda "Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi" barədə maarifləndirici tədbir keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Ramin Məmmədov adına Türkədi kənd tam orta məktəbində "Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi" barəsində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Nazim Sultanov, Sabirabad UADM-in əməkdaşları, məktəbin müəllim kollektivi və valideynlər iştirak ediblər. iştirak etmişdir.
Tədbirdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”nın icrası ilə bağlı rayon icra hakimiyyəti tərəfindən görülən işlər barədə, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələri, onlarda uşaqların maraq, istəklərinə uyğun fəaliyyət göstərən dərnək və bölmələr, uşaqlara diqqətin artırılması, sağlamlıqlarının qorunması və onların istedadlarının üzə çıxarılması barədə söhbət aparılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.