Sabirabadda uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Sağlam məhəllə” idman zonası istifadəyə verilib
04 may 2024 | 14:17
Sabirabad Rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Sabirabad şəhərində "Sağlam məhəllə” idman zonası istifadəyə verilib. İdman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
Məşqçilər, idmançılar uşaqlara master-klass keçib, müxtəlif idman hərəkətləri öyrədiblər.