Sabirabadda uşaqlara yanaşma üsulları, yaranan problemlər, yol verilən səhvlər və aradan qaldırılması yollarının müzakirə edilməsi məqsədilə maarifləndirici tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sabirabad Təhsil sektorunun birgə təşkilatçılığı ilə 14 oktyabr 2025-ci il tarixində Hacı Zeynəlabdin Tağıyev adına 6 saylı tam orta ümumtəhsil məktəbində uşaqlara yanaşma üsulları, yaranan problemlər, yol verilən səhvlər və aradan qaldırılması yollarının müzakirə edilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.
Görüşdə rayon İcra Hakimiyyətinin psixoloqu Nazim Sultanov, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Hafiz Məmmədov, Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbinin psixoloqu Almas Şahlarova, müəllimlər və valideynlər iştirak ediblər.
Görüşdə çıxış edənlər uşaqların psixoemosional inkişafı, ailə mühitinin onların davranışına təsiri, müəllim və valideyn münasibətlərində qarşılıqlı anlayışın rolu barədə fikirlərini bildiriblər.
Tədbirdə iştirakçılar tərəfindən uşaqlarla münasibətlərdə buraxılan ümumi səhvlər kimi sərt ünsiyyət tərzi, başqa uşaqlarla müqayisə etmək, laqeydlik və emosional dəstəyin zəifliyi və s. hallar qeyd edilib.
Müzakirələr zamanı valideynlər və müəllimlərə uşaqlarla münasibətdə onların yaş və fədi xüsusiyyətlərinin nəzərə almağı, fərdi yanaşmağı, qarşılıqlı ünsiyyət prosesində dinləmə, empatiya qurmağın və empatiya, müsbət yanaşma, təşviqedici sözlər kimi üsulların daha effektiv nəticə verdiyi izah edilib.
Tədbirdə mövzuya dair maarifləndirci videoçarx nümayiş olunub.
#SabirabadUşaqAilələrəDəstəkMərkəzi
#6saylıHacıZeynəlabdinTağıyevadınatamortaməktəb






