Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik sistemində konstitusiya hüququ” mövzusunda seminar keçirilmişdir

11 mart 2025 | 16:20

2025-ci il mart ayının 11-də Mil-Muğan Regional Təhsil İdarəsinin inzibati binasında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik sistemində konstitusiya hüququ” mövzusunda seminar keçirilmişdir.

Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keşmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Toplantını giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın qəbul olunmasına zərurət yarandı. Bu məqsədlə də 1995-ci ildə Ulu Öndər Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradılmış və Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verilmişdir. 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olan yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-nin Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilməyə başlandığını da toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dövründə müstəqil Azərbaycan ideyasının reallaşdırılması üçün gördüyü işlərdən danışmış, bunun üçün iqtisadi, siyasi, hüquqi və hərbi əsaslar hazırladığı barədə ətraflı məlumat vermişdir. 

Tədbirdə çıxış edən digər natiqlər Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışaraq, onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində atılan ən böyük addımlardan biri olduğunu vurğulamışlar.

Keçidlər