Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Ümumdünya Statistika Günü ilə bağlı tədbir keçirilib

20 oktyabr 2025 | 15:25

“Hər kəs üçün keyfiyyətli statistika” şüarı altında Ümundünya Statistika Günü Sabirabad rayonunda da qeyd olunmuşdur.

İlk öncə rayon rəhbərliyi ilə idarə kollektivi şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətində iclas keçirilmişdir. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, İclas iştirakçılarını salamladı, icra başçısının adından və öz adından Ümümdünya Statistika Günü münasibətilə Sabirabad Rayon Statistika İdarəsinin kollektivini təbrik etdi. Sabirabad rayonunda Statistika İdarəsinin tarixi barədə məlumat verdi və öz xatirələrini bölüşdü.

Daha sonra rayon Statistika İdarəsinin müdiri Fuad Məmmədov iclas iştirakçılarını salamlayaraq, Ümumdünya Statistika gününün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən 20 oktyabrda qeyd olunan beynəlxalq bayram olması və bu bayram hər 5 ildən bir qeyd edilməsi barədə söz açdı. Nitqinə davam edərək Azərbaycanda Statistika Komitəsinin əhəməyyitini, keçmişdəki nəaliyyətlərini, o cümlədən rayon ərazisində də yüksək səviyyədə keçirilən kənd təsərrüfatının siyahıyaalmasının gələcəkdə verəcəyi müsbət nəticələr barədə məlumat verdi.

Daha sonra rayon Statistika idarəsinin təqaüdə çıxmış işçisi Rasim Əliyevə söz verildi və o da təbriklərə qoşuldu, dəvətə görə minnətdarlığını bildirdi.

Keçidlər