Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilmişdir

08 dekabr 2023 | 16:20

Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabının Sabirabad Bayraq Muzeyində təqdimatı keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimatda çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, Ümummilli Lider Heydər Əliyev poeziyamızın inkişafında misilsiz xidmətlər göstərib. Bu da, həmin dövrün yazıçı və şairlərinin yaradıcılğında öz əksini tapıb. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olub və sözə daim sevgi ilə yanaşıb. Eyni dövrdə yaşayıb, yaratmış Xalq şairi Mirvarid Dilbazinin yaradacılığında xalqın qeyrətli oğlu Heydər Əliyev dühası xüsusi yer tutur.

Daha sonra tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Tədbirdə çıxış edən digər natiqlər müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyevin hər zaman fəxrlə yad ediləcəyi, qürur hissi ilə xatırla¬nacağını vurğulayaraq, Ulu öndərin fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərdiyindən geniş şəkildə bəhs etmişlər.

Sonda xatirə şəkili çəkilmişdir.

Keçidlər