Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Ucqar regionlarda insan alverinə qarşi ictimai fəallığın artırılması” mövzusunda seminar keçirib

13 oktyabr 2023 | 14:03

Sabirabad Rayon İcra Hakimiyyəti və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə 13.10.2023-cü il tarixdə Sabirabad rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Region gəncləri arasında narkomaniya və QİCS əleyhinə mübarizə istiqamətində tədbirlərin təşkili” və “Ucqar regionlarda insan alverinə qarşi ictimai fəallığın artırılması” mövzusunda seminar keçirib.

Seminar zamanı Sabirabad rayonunundan olan fəal iştirakçılar arasında narkomaniya, QİÇS əleyhinə, insan alveri haqqında və insan alveri əleyhinə maarifləndirmə işləri aparılıb. Seminar zamanı narkomaniya, QIÇS-in nə olduğu, necə yayılması barədə, insan alveri probleminin nə qədər ciddi olması barədə ətraflı məlumat verilib iştirakçılara Respublika QİÇS-lə mübarizə mərkəzi haqqında, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan “Qaynar xətt” (tel: 152 və 562-21-12) haqqında məlumat verilib.

152 “Qaynar xətt”nin insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, yardım məqsədilə məlumat-məsləhət xidməti göstərirməsi haqqında geniş bilgi verilib.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov narkamaniya, QİÇS və eyni zamanda insan alveri ilə bağlı rayonda aparılan işlər barədə iştirakçılara geniş məlumat vermişdir və tədbir sual-cavab müzakirə ilə yekunlaşıb.

Keçidlər