Sabirabadda "Türk dünyasının fəxri" mövzusunda tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti və GİKM-nin Sabirabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının böyük oğlu, fəxri və qüruru, dövlət xadimi, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Türk dünyasının fəxri" mövzusunda tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin, MKS-nin və GİKM-nin əməkdaşları və könüllüləri iştirak edib.
Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün həyat və fəaliyyətləri ilə bağlı məlumatlar verilib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən, Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərdiyi vurğulanıb.
Qeyd olunub ki, Dahi rəhbərin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən neft strategiyası, türk dünyası ölkələri arasında birliyin, dostluğun və qardaşlığın möhksmlənməsinə xidmət edir. Azərbaycan və Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədə olduğu qeyd olunub. Ümummilli Liderin yüksək ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Ümummilli Lider Heydər Əliyevin "Bir Millət, İki Dövlət" ideyaları Azərbaycan-Türkiyə münasibətlərinin söykəndiyi əsas prinsipdir.