Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda "Türk dövlətləri milli ağaclandırma günü“nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

11 noyabr 2025 | 16:25

Sabirabad Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin birgə təşkilatçılığı ilə 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Sabirabad meşəbəyliyinin 1 saylı meşə dolayının 4-cü kvartalında "Türk Dövlətlərinin milli ağaclandırma günü"nə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin və 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinin, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin üzvlərinin, dövlət qurumlarının və özəl təşkilatların əməkdaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 1 ha sahədə 4x1 sxemində 1250 ədəd göyrüş tingi əkilmişdir.

Bununla, Sabirabad rayonunda Azərbaycanın da qoşulduğu qlobal iqlim dəyişmələrinin fəsadlarının minimuma endirilməsi  istiqamətində həyata keçirilən beynəlxalq  təşəbbüslərə dəstək nümayiş etdirilib, rayon ərazisində yaşıllıq sahələrinin daha da genişləndirilməsi üçün qarşıya qoyulan hədəflərə töhfə verilib.

Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün götürdüyü öhdəliklərə, qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.

Keçidlər