Sabirabadda ümumtəhsil müəssisələrində “Bilik günü” qeyd edilmişdir
16 sentyabr 2024-cü il tarixdə “Bilik günü” münasibəti ilə Sabirabad rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilmişdir.
Tədbirlərdə iştirak edən Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri Leyla Xəlilova, rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, rayonun idarə və müəssisələrinin məsul işçiləri şagird və müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edərək uğurlar arzulamışlar. Natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarı olduğunu vurğulamışlar.
Ötən tədris ili də Sabirabad rayonu üçün uğurlu olmuşdur. 2023-2024-cü tədris ilində Sabirabad rayonu üzrə orta məktəbi bitirmiş 1512 nəfər məzundan 651 nəfəri Ali məktəblərə sənəd vermiş, 435 nəfəri ali məktəblərə qəbul olmuşdur. Bunlardan 15 nəfəri 600-dən, 49 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Fərəhləndirici haldır ki, bu rəqəmlər ilbəil artır. Yeni tədris ilində Sabirabad rayonu ümumtəhsil məktəblərinə 2145 nəfər birinci sinfə qəbul olunmuşdur.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.