Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

12 may 2023 | 16:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 12-də Sabirabad şəhərində “Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə əlaqədar dövlət qurumlarının nümayəndələri, ərazi icra nümayəndəliklərinin və bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, fermerlər iştirak ediblər.

Tədbiri RİH başçısının birinci müavini Həsən Həsənov açaraq Prezident İlham Əliyevin 2020-ci il iyulun 27-də imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrası ilə bağlı Sabirabad rayonunda görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edənlər qeyd etmişdirlər ki, su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, su obyektlərinə qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə su mənbələrindən istifadəyə icazələrin alınması mexanizmləri, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması, mütərəqqi suvarma texnologiyaların tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, kənd təsərrüfatının inkişafı, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində ölkəmizdə suya olan tələbat ildən-ilə artır. Ona görə də, əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir.

Tədbirin sonunda fermerlərin mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib.

Keçidlər