Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

04 iyun 2022 | 12:30

Sabirabad Rayon İcra Hakimiyyətinin iclas zalında «5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü» qeyd edilmişdir. Tədbir iştirakçıları öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsi ehtiramla yad edilmişdir

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış etmiş, dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə Su təsərrüfatı və meliorasiya işçiləri gününün təsis edilməsini, bu sahəyə və burada çalışan işçilərin əməyinə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd etmişdir. Natiq həmçinin rayonda meliorasiya və su təsərrüfatı sahəsində görülən işləri yüksək qiymətləndirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev və Su Kanal idarəsinin rəisi Vüqar Hüseynov çıxış edərək rayonda meliorasiya və su təsərrüfatı sahəsində görülən işlər barədə ətraflı məlumat vermişlər.

Tədbirdə peşə bayramı münasibəti ilə bir qrup su təsərrüfatı və meliorasiya işçisinə rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər