Sabirabadda sosial xidmət sahəsində xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı monitorinqlər keçirilmişdir
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı tədbirlərr planının 8.6.2-ci (Sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi ilə həyata keçirilən layihələrin davamlılığının təmin edilməsi, həmçinin layihələr çərçivəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər görülməsi) bəndinin icrası ilə bağlı bildiririk ki, Sabirabad rayonunda dövlət sosial xidmət müəssisəsi yoxdur, lakin rayonda 4 ildən çoxdur ki, qeyri hökümət təşkilatının təşkilatçılığı ilə “Günərzi qayğı mərkəzi” fəaliyyət göstərir. Burada 18 yaşdan aşağı xüsusi qayğıya ehtiyacı olan, əlil, valideyini itirmiş, aztəminatlı və digər imtiyazlı uşaqlar sosial xidmətlərdən istifadə edirlər. Burada uşaqlara gündəlik üç öyün yemək verilir. Lapoqed, psixoloq və digər xidmətlər göstərilir.
Mərkəzə Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sosial Xidmət Agentliyinin Mil-Muğan Regional Filialının nümayəndələri tərəfindən həftədə iki dəfə monitorinq keçirməklə nəzarət edilir.






