Sabirabadda şəhid ailələri və müharibə əlilləri ziyarət olunur
Sabirabad rayonunda şəhid ailələrinin və müharibə əlillərinin ziyarət edilməsi davam etdirilir. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də müharibə əlilləri və iştirakçıları ölkənin hər yerində olduğu kimi, Sabirabad rayonunda da hər zaman diqqət və qayğı ilə əhatə olunublar.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və digər rəhbər vəzifəli şəxslər Sabirabad rayonundan Vətən Müharibəsi zamanı şəhid olmuş övladlarımızın ailələrini və müharibə əlillərini yaşadıqları ünvanlarda ziyarət ediblər. Ziyarət zamanı ailələrin problemləri dinlənilib, qaldırdıqları məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb.
Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.