Sabirabadda “Sazlı, sözlu kəlağayı günləri” layihəsi çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılıgı ilə Sabirabad Bayraq Muzeyində “Sazlı, sözlu kəlağayı günləri” layihəsi çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir'” mövzusunda tədbir keçirilmiş, tədbirdə “Anam-kəlağayıdı, kəlağay-anam” adlı kitabının təqdimatı olmuşdur. Həmçinin tədbir çərçivəsində sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları nümayiş olundu.
Təddiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı, şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının himni səsləndirildi. Həsən Həsənov qeyd etdi ki, hər il ölkəmizdə 26 noyabr - “Azərbaycan Kəlağayısı Günü” kimi qeyd olunduğunu, kəlağayımızı yaddan çıxmağa, sandıqda qalmağa, unudulmağa qoymamalıyıq. Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO-nun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Kəlağayımız Azərbaycanın mədəniyyət nümunəsi kimi formalaşsa da, dünya birliyi tərəfindən tannması və qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlı olduğunu qeyd etmişdir.
Sonra söz “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, “Sazlı, sözlü kəlağ ayı günləri” layihəsinin rəhbəri Güllü Eldar Tomarlıya verildi. O, layihənin 2024-cü ilin yanvar ayından həyata keçirdiyini və ilin sonuna qədər davam edəcəyini, bu layihənin hər bölgədə sevgilərlə qarşılandığını bildirdi. O, qeyd etdi ki, ana təbiət və minillərin yadigarı kəlağayımız gündəlik həyat tərzimizlə bir harmoniya təşkil edir. Kəlağayı mənəviyyatımızın, adət-ənənəmizin, mədəniyyətimizin, milli geyimlərimizin bir hssəsini təşkil edir. Kəlağayı yaşıl dünyaya töhfədir. Kəlağayının ipək parçası, rəngləri, naxışları buna əyani sübutdur. Güllü Eldar Tomarlı bildirib ki, “Anam-kəlağayıdı, kəlağay-anam” kitabı 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarasi Komitəsinin doqquzuncu sessiyasında kəlağayının “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” paraqrafı ilə YUNESKO-nun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illik yubileyinə töhfədir.
Tədbirdə Sabirabad RİH başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü Tərxanım Museyibqızı, məclisin üzvləri Səyalı Dadaşova, Rəqibə Qəvvas, şair Xanoğlan Xan çıxış edərək klassik və çağdaş Azərbaycanda, həmçinin xarici dövlətlərdə yaşayan və fəaliyyət göstərən şair, yazıçı, elmi araşdırmaçı, publisist və aşıqların, Azərbaycanın tanınmış qadınlarının kəlağayıya həsr olunmuş şeirləri, hekayələri, elmi yazıları, düşüncələri çap olunmuş, kitabdakı bədii, elmi nümunələr geniş oxucu marağına səbəb olacağını vurğulamışlar. Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayevanın rəngarəng musiqi nömrələri alqışlarla qarşılandı.
Sonda xatirə şəkili çəkilmişdir.