Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" mövzusunda tədbir keçirilib

24 iyul 2024 | 14:27

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" Publik Hüquqi Şəxsin maliyə dəstəyi və "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİHB-nin müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri, "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsinin rəhbəri Zamin Zeynal, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru, Prezident təqaüdçüsü, şair-publisist Sərvaz Hüseynoğlu, ziyalılar, müəllim və şagirdlər iştirak etmişlər.

Tədbiri giriş sözu ilə açan Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək iştirakçıları salamlamış, şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair ətraflı məlumat vermişdir.

"Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri Zamin Zeynal geniş məzmunlu çıxışında tədbirin əsas mahiyyətinə diqqət çəkərək bildirib ki, "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" Publik Hüquqi Şəxsin belə bir ictimai, mədəni əhəmiyyətli layihəni qalib etməsi və dəstək göstərməsinin nəticəsidir ki, böyüməkdə olan nəsilə Ana dilimizin saflığının qorunması və təbliği yönümündə həyata keçirdiyimiz layihənin icrası uğurla reallaşdırılır. Birlik rəhbəri onunda xüsusi olaraq vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət dilçilik siyasəti bu gün onun layiqli varisi, Qarabağ fatehi, Müzəffər Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Digər natiqlər layihə ilə bağlı çıxışlarda bildiriblər ki, xalqımızın əbədiyaşar lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daima Ana dilinin saflığının qorunması və ölkəmizdə dilçilik sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Sevindirici haldır ki, dilçiliyə dövlət qayğısı bu gün də onun siyasi kursunun layiqli davamçısı, qalib Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilinin saflığının qorunması ilə bağlı məsələrə hər bir Azərbaycan vətəndaşı müqəddəs vəzifə kimi baxaraq məsuliyyətlə yanaşmalıdır. Orta və ali məktəblərdə çalışan müəllimlər pedaqoji fəaliyyətlərində Ana dilimizin mükəmməlliyini, dünya dilləri sırasında tutduğu layiqli yeri və rolunu şagirdlərə geniş şəkildə təbliğ etməlidirlər ki, şagird və tələbələrimiz Ana dilimizi daha da dərindən sevib qürur hissləri keçirsinlər.

Qeyd edək ki, tədbirdə "Şagirdlər arasında Ana dilinin saflığının qorunmasına dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanmış sosial çarx da göstərilib.

Keçidlər