Sabirabadda “Rəqəmsal” İnkişaf İctimai Birliyi partnyor təşkilatlarla birlikdə qazilərə sosial-psixoloji yardımla bağlı seminar keçirmişdir
Sabirabad Rayon İcra Hakimiyyəti, Rəqəmsal İnkişaf İctimai Birliyi partnyor təşkilatlarla (“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi) birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 iyul 2023-cü il tarixdə “Qazilərə sosial-psixoloji yardım tədbirlərinin həyata keçirilməsi” layihəsinin icrası çərçivəsində Sabirabad rayon Bayraq Muzeyində qazilərə sosial-psixoloji yardımla bağlı seminar keçirmişdir.
Mövcud qanunvericilik və qazilərin hüquqları, müharibədə iştirak edən şəxslərdə müşahidə olunan psixoloji problemlər, bundan xilas yolu, mövcud sosial problemlər və həlli yolları seminarın mövzusu olmuşdur. Görüş zamanı qazilərin sualları ekspertlər tərəfindən cavablandırılmışdır.