Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr 2023 | 11:39

1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü və Azərbaycan prokurorluğunun yaradılmasının 105-ci ildönümü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri və ictimaiyyətin nümayəndələri Sabirabad rayon prokurorluğu ilə birgə Ulu Öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bayram tədbirində başda Azərbaycan Respublikasının Baş Prokuroru hörmətli Kamran Əliyev olmaqla, bütün prokurorluq işçilərinin peşə bayramı təbrik edilib, onlara çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulanıb.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər