Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Od çərşənbəsi” təntənəli şəkildə qeyd olunub

04 mart 2025 | 15:25

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Novruzun ikinci çərşənbəsi olan “Od çərşənbəsi” münasibətilə açıq havada bayram tədbiri keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəhbər heyəti və əməkdaşları, rayon sakinləri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Sabirabad rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiylə tanış olub, daha sonra Novruz bayramına aid milli adət-ənənələrimizi özündə əks etdirən nümunələrə və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinə məxsus eksponatlarına baxış keçiriblər. Eyni zamanda Sabirabad rayon Həşimxanlı kənd Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Cəngavərlər” pəhləvanlar qrupunun çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin konsert hissəsində Sabirabad rayon Əhmədabad kənd Folklor evinin nəzdində fəaliyyət göstərən Axısxa Halay-Türk Folklor rəqs kollekivi müxtəlif rəqs nümunələri ilə çıxış edib, eyni zamanda Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdlərinin və rayonun incəsənət nümayəndələrinin təqdimatında bayram ab-havasını əks etdirən müxtəlif musiqi nömrələri səsləndirilib.

Keçidlər