Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda "Novruz Bayramı" şənliyi keçirilib

19 mart 2024 | 15:15

Sabirabad Gənclər Evində "Novruz Bayramı" şənliyi təşkil edilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Gənclər və İdman, Mil-Muğan Regional Təhsil və Mil-Muğan Regional Mədəniyyət idarələrinin, Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən stendlərdə "Xonça" müsabiqəsi, müxtəlif idman növlərini təmsil edən klubların isə təqdimatları baş tutub.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısnın birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov və “Əmin Bazar” şirkətinin rəhbəri Məmməd Mənsimov çıxış edərək iştirakçılara Novruz bayramı münasibətilə təbriklərini çatıdırıblar.

Tədbirdə rayon Mədəniyyət Mərkəzinin musiqiçiləri bayram əhvali-ruhiyyəli ifaları ilə çıxış ediblər.

Eyni zamanda gənc gimnastlar, cüdoçular, güləşçilər, kəndir dartma və “Zərbə” karate do klubunun idmançıları öz maraqlı nömrələri ilə tədbirə xüsusi rəng qatıblar.

Tədbir maraqlı müsiqi nömrələri, kosa və keçəlin məzəli zarafatları ilə yekunlaşıb.

Keçidlər