Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib

30 aprel 2025 | 14:40

Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Mübariz Şahmurov adına Nərimankənd və Osman Mirzəyev adına Qaratəpə kənd tam orta ümumtəhsil məktəblərində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov, Sabirabad Rayon İcra Hakimiyyətinin, rayon Təhsil sektorunun nümayəndələri, rayon Polis şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşlərdə çıxış edən rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov dövrümüz ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər.

Erkən nikahların fəsadları barədə də çıxış edən polis rəisi yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.

Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər