Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Narkomaniya qarşı mübarizə” və “Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması” mövzularında maarifləndirici tədbir keçirilmişdir

24 dekabr 2024 | 16:25

Əli Qurbanov adına Qalağayın kənd tam orta məktəbində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması, həmçinin erkən nikahların qarşısının alınması məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya qarşı mübarizə” və “Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov, rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenentı Anar İmanquliyev, Qalağayın kənd tam orta məktəbinin direktoru Pəhlivan Qarayev, rayon Polis şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə əlilləri və veteranları, ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenentı Anar İmanquliyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Qeyd etmişdir ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir. Sonda bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasının zəruriliyini vurğuladı.

Daha sonra Qalağayın kənd tam orta məktəbin direktoru Pəhlivan Qarayev çıxışında narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan bəhs etmiş və bildirmişdir ki, erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlindiyini qeyd etmişdir.

Tədbirin sonunda “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər