Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda müxtəlif turizm növlərinin, o cümlədən kənd yaşıl turizminin inkişafı istiqamətində müvafiq işlər görülmüşdür

24 dekabr 2024 | 12:02

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının 7.1.50-ci “Regionlarda müxtəlif turizm növlərinin, o cümlədən kənd yaşıl turizmi, etno-turizm, eko-turizm, qış turizmi, trans-sərhəd turizmi və s. inkişafı istiqamətində müvafiq tədbirlərin görülməsi” bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Mürsəlli kəndində 1250 ədəd Xan Çinarı ağac tingləri əkilmişdir.

Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülmüşdür.

Keçidlər