Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri” adlı zona toplantısı keçirilib

03 oktyabr 2025 | 17:25

Oktyabr 3-də Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş “Müasir dövrdə gənclər arasında radikalizm və ekstremizm meylləri” mövzusunda Mil-Muğan iqtisadi rayonu üzrə zona toplantısı keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyyəsi sektorunun müdiri Elşən Hüseynov, Bakı İlahiyyət Kollecinin direktoru Mehman İsmayılov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və idman idarəsinin rəis əvəzi Elçin Qiyasov, Sabirabad Gənclər Evinin əməkdaşları, YAP fəalları, gənclər və könüllülər iştirak etmişdir.

Sabirabad Gənclər Evində baş tutan tədbirin əvvəlində “Heydər Əliyev və din siyasəti” sənədli filmi nümayiş etdirilib. Ardınca isə Mil-Muğan iqtisadi rayonunda dini radikalizmin vəziyyəti, gənclər arasında yayılmasının səbəbləri, qurumlararası əməkdaşlıq, Regional Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin bu istiqamətdə fəaliyyətlərinin gücləndirilməsi müzakirə olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin ikinci hissəsində Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və onun tabeliyində olan sektorlarının gənclərlə işləyən əməkdaşları, həmin iqtisadi rayonun Gənclər Evi sosial xidmət müəssisəsinin metodistləri, fəal gənclər və tələbələr 5 qrupa bölünərək müzakirələr aparıblar. Daha sonra qruplar üzrə seçilmiş çıxışçıların müzakirələrinin nəticələri ilə bağlı hesabatları dinlənilib.

Keçidlər