Sabirabadda Milli Qəhrəman Murad Mirzəyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir
31 mart 2025 | 12:01
Martın 31-də Sabirabad Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açdıqdan sonra Vətənimizin bütövlüyü, torpaqlarımızın düşmənlərdən müdafiə edilməsi uğrunda mübarizədə igidliklər göstərmiş şəhidlərin, eyni zamanda Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Mil-Muğan Regional Mədəniyyət idarəsinin müdiri Nadir Quliyev çıxışında Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin keçdiyi həyat və fəaliyyətindən, onun qəhrəmanlığından bəhs etmişdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin !