Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Milli Memarlıq və Şəhərsalmanın inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib

20 fevral 2026 | 15:25

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Memarlıq və Şəhərsalmanın inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə RİH başçısının birinci müavini Həsən Həsənov, RİHB-nın müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, YAP fəalları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.

Tədbir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan RİH başçısının birinci müavini Həsən Həsənov Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli memarlıq ənənələrinin qorunması, şəhərsalma siyasətinin formalaşdırılması və müasir urbanizasiya proseslərinin inkişaf etdirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma siyasətində sistemli islahatlara başlanıb, şəhərlərin baş planlarının hazırlanması və yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Tarixi-memarlıq abidələrinin qorunması, milli memarlıq üslubunun inkişafı və müasir tikinti mədəniyyətinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Daha sonra YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə çıxışında Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirildiyi, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Keçidlər