Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Kür çayının sahilində “Konstitusiya və Suverenlik İli” çərçivəsində iməcilik aksiyası keçirilib

01 avqust 2025 | 14:30

01 avqust 2025-ci il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə Sabirabad rayonunun ərazisində Kür çayının sahilində və Cavad körpüsünun ətrafında “Konstitusiya və Suverenlik İli” çərçivəsində təmizlik aksiyası keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, meşə təsərrüfatı işçilərinin, Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin, yerli bələdiyyələrin, rayon sakinlərinin və könüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı 500 kqiloqramdan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Qeyd edək ki, bu aksiyaların keçirilməsində məqsəd hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə çəkməklə ətraf mühitin qorunmasına nail olmaqdır.

Keçidlər