Sabirabadda Kür çayının sahilboyu zolağının tullantılardan təmizlənməsi istiqamətində fəaliyyətin təkminləşdirilməsi ilə bağlı təmizlik aksiyası keçirilmişdir
Kür çayının Sabirabad şəhəri ərazisindən keçən hissəsinin sağ kənarında, 3 saylı RMTM-nin 1 saylı dolayının 2-ci krvartalında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının, Sabirabad Rayonu İcra Hakimiyyətinin, 3 saylı RMTM-nin, yerli bələdiyyələrin nümayəndələrinin, Sabirabad MKTİB-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən digər idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə "Təmiz ölkəm" layihəsi çərçivəsində təmizlik aksiyası keçirilmişdir.
Keçirilən təmizlik aksiyası zamanı 3400 m² sahədə 830 kq tullantı xüsusi ayrılmış yük maşınına yığılaraq Sabirabad şəhər poliqonuna daşınmışdır. Ümumilikdə 83 nəfərin iştirak etdiyi iməclik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.