Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Konstitusiya və Suverinlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib

21 may 2025 | 17:25

Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda“ dəyirmi masa keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban verniş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov  Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın qəbul olunmasına zərurət yarandı. Bu məqsədlə də 1995-ci ildə Ulu Öndər Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradılmış və Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verilmişdir. 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olan yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. H.Həsənov Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-nin Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilməyə başlandığını da toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra “Dəyirmi masa”da YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dövründə müstəqil Azərbaycan ideyasının reallaşdırılması üçün gördüyü işlərdən danışmış, bunun üçün iqtisadi, siyasi, hüquqi və hərbi əsaslar hazırladığı barədə ətraflı məlumat vermişdir.

Daha sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdiri Nadir Quliyev çıxış edərək bildirib ki, Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışaraq, onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində atılan ən böyük addımlardan biri olduğunu vurğulamışdır.

Sonda çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” fikrini bir daha təsdiq ediblər.

Keçidlər