Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Konstitusiya və Suverinlik İli” çərçivəsində "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib

30 iyun 2025 | 16:25

Sabirabad Rayon İcra Hakimiyyəti və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Sabirabad rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverinlik İli” çərçivəsində "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Konstitusiyamızın qəbulunda Ulu Öndərin müstəsna xidmətlərindən danışan Həsən Həsənov onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Bu gün Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Xalqımız ölkəmizin bütün ərazisində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpa olunmasının qürurunu yaşayır.

Daha sonra 1 saylı Sabirabad Mediasiya təşkilatının sədri Musa Ramazanov çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək, dahi liderin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalğımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açdı.

Keçidlər