Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Konstitusiya və Suverinlik İli” Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsidir mövzusunda maarifləndirici tədbir keçirilmişdir

02 aprel 2025 | 12:00

Sabirabad Peşə Liseyinin inzibati binasında “Konstitusiya və Suverinlik İli” Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsidir mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Sabirabad Rayon İcra Hakimiyyəti və Peşə Liseyinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keşmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiyasının 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın çoxsaylı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbənin 5 illiyidir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunduğunu bildirmişdir.

Daha sonra tədbirdə çıxış edən Peşə Liseyinin direktor əvəzi Arif Cəfərov Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dövründə müstəqil Azərbaycan ideyasının reallaşdırılması üçün gördüyü işlərdən danışmış, bunun üçün iqtisadi, siyasi, hüquqi və hərbi əsasların vacibliyini qeyd etmişdir.

Tədbirdə çıxış edən digər natiqlər “Konstitusiya və Suverenlik İli”nin ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacağını, qüdrətli Azərbaycanın dünya ölkələri birliyində özünə layiqli yer tutmasında, müstəqilliyimizin dönməz və əbədi olmasında əvəzsiz rol oynayacağını vurğulamışlar.

Keçidlər