Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev konstitusiyası dövlətimizin milli sərvətidir” mövzusunda dəyirmi masa keçirilib

14 oktyabr 2025 | 16:25

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayon Telekommunikasiya Qovşağında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev konstitusiyası dövlətimizin milli sərvətidir” mövzusunda dəyirmi masa keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirməsindən geniş bəhs etmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən Müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. “Konstitusiya və Suverenlik İli” dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.

Mövzu ətrafında rayonun poçt və telekommunikasiya sahəsində çalışan işçilərin çıxışları dinlənildi. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər