Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda işəgötürənlərlə birgə Ərazi Məşğulluq Proqramının icrası müzakirə edilib

21 iyul 2023 | 14:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərlə birgə Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülən işlər müzakirə edilib.

21 iyul 2023-cü il tarixdə Sabirabad rayonu Heydər Əliyev Mərkəzində keçirilən görüşdə işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və nəticəyönümlü əməkdaşlığın perspektivləri müzakirə edilib. 

Həmçinin tədbirdə sosial cəhətdən həssas və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə təqdimatlar edilib.

Sonda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

Keçidlər