Sabirabadda iş yerləri üçün fiziki aktivlik proqramını təşviq etmək məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi əhali, o cümlədən iş yerləri üçün fiziki aktivlik proqramını təşviq etmək, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Bu məqsədlə Sabirabad Rayon İcra Hakmiyyəti və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 13 iyul 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edən sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov idarə, müəssisə və digər təşkilatların əməkdaşlarına fiziki aktivliyin əhəmiyyətindən və sağlamlığa faydalı təsirlərindən danışmışdır. Yekunda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.