Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “İnsan hüquq və azadlığına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib

08 iyun 2022 | 14:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi və  Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad Bayraq Muzeyində “İnsan hüquq və azadlığına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda  tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, Sabirabad  RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, gənclər  və  mədəniyyət işçiləri  iştirak ediblər. 

Çıxışlar zamanı insan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar barədə məlumat verilib, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən layihələrdən söz açılıb. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulduğu vurğulanıb.

Keçidlər