Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

28 oktyabr 2024 | 16:11

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.2-ci “Regionlarda insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı təkliflər hazırlanması” bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Əli Qurbanov adına Qalağayın kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov, rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenentı Anar İmanquliyev, Qalağayın kənd tam orta məktəbinin direktoru Pəhlivan Qarayev, rayon Polis şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə əlilləri və veteranları, ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Daha sonra rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenentı Anar İmanquliyev İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumat vermişdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər