Sabirabadda "Heydər Əliyev və muzeylərimiz" mövzusunda dəyirmi masa keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və muzeylərimiz" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə rayon ictimayyət nümayəndələri, təhsil, mədəniyyət işçiləri, şəhər gəncləri iştirak edib.
Tədbirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, respublikamızda geniş muzey şəbəkəsinin yaradılmasında, xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanılmasında bir ölkə başçısı, bir vətəndaş kimi gördüyü geniş miqyaslı işlərdən söhbət açmaq idi.
Bildirilib ki, 1970-ci illərin əvvəllərindən muzey işinə diqqət və qayğı Ulu Öndər Heydər Əliyev tərəfindən göstərilmiş, Azərbaycan mədəniyyətində apardığı quruculuq işlər bu sahədə də öz əksini tapmış və bu gün də bu sahə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir.