Sabirabadda "Heydər Əliyev və Azərbaycanın Müstəqillik Məfkurəsi" mövzusunda elmi-praktik konfrans keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycanın Müstəqillik Məfkurəsi" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda təhsil işçiləri, şəhər gəncləri iştirak edib.
Məruzəçilər Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, fondun baş mühafizi Səlmi Mehtiyeva çıxış edərək qeyd ediblər ki, müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, xalqımızın Ümummilli Lideri, dahi və müdrik Şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin atdığı hər bir tarixi addımı bilavasitə bir amala - Azərbaycan dövlətinin və xalqının müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi.
Dahi Şəxsiyyət ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib.
Bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.
Sonda "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100" adlı sərgiyə baxış keçirilib və Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.