Sabirabadda "Heydər Əliyev və Ana dilimiz" mövzusunda dəyirmi masa keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzinin və Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Heydər Əliyev və Ana dilimiz" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin, Kitabxana Sisteminin, Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və gənclər iştirak edib.
Çıxışçılar Ana dilinə daim xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu Öndər Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında "Fərmandan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında "9 aprel 2013-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlətimizin dil siyasətinin təbliği sahəsində maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən biri olduğunu, Ümummilli Lider Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətləri qeyd olunub.
Eləcə də, Heydər Əliyev - Ana dilimizin inkişafında tarixi təşəbbüs və cəsarət müəllifi olduğu diqqətə çatdırılıb.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!"