Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Heydər Əliyev İli“ çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir

06 dekabr 2023 | 17:00

Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli“ çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq qeyd etmişdir ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Cari ilin yanvar ayından başlayaraq “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəsilə aşılanması məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyəti və YAP Sabirabad rayon təşkilatı tərəfindən silsilə tədbirlər, o cümlədən yarış və müsabiqələr keçirilmişdir. İl ərzində keçirilən bir sıra yarış və müsabiqələrin qaliblərinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təqdim etməyi qərara aldıq.

Daha sonra xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov qeyd edib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.

Digər çıxış edən natiqlər bildirmişlər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımız qarşısında misilsiz xidmətləri olmuşdur. Nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Sabirabad Rayon İcra Hakimiyyəti və YAP Sabirabad rayon təşkilatı tərəfindən qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırıldı.

Tədbirin sonunda xatirə şəkli çəkildi

Keçidlər