Sabirabadda "Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yaradan dahi, əvəzolunmaz bir şəxsiyyətdir" mövzusunda mühazirə oxunub
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə M.Ə.Sabir adına 1 saylı Sabirabad şəhər tam orta məktəbində tədbir keçirilib.
IXa sinifində "Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yaradan dahi, əvəzolunmaz bir şəxsiyyətdir" mövzusunda mühazirə oxunub.
Mövzu ətrafında danışan Heydər Əliyev Mərkəzinin bələdçisi Nərmin Mehdiyeva bildirib ki, Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir.
Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır.