Sabirabadda gənclərin ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsilə bağlı maarifləndirici tədbir keçirilmişdir
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cü il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının 4.4.12-ci “Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi” bəndinin icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə rayonda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, YAP Sabirabad Rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə bölməsinin əməkdaşları, həkim-narkoloq, gənclər və ictimai birliklərin rəhbərləri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyinin ön plana çəkildiyini, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradıldığını, dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılmasının və Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılmasının vacibliyini qeyd etmişdirlər. Sonra tədbir diskussiya şəkilində davam etdirildi.