Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Gənclər narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsi çərçivəsində tədbir keçirilib

09 dekabr 2024 | 16:25

Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin təşkilatçılığı ilə Sabirabad Dövlət Sosial-İqtisad Kollecində “Gənclər narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova və gənclər iştirak etmişdir.

Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov ölkəmizdə gənclərin narkotik maddələrdən asılılığının, qabaqlayıcı maarifləndirmə tədbirlərinin təşkili zamanı yeni nəsil nümayəndələrinin sağlam həyat tərzi sürməyə üstünlük verməklə narkotik maddə istifadə etmək təhlükəsindən uzaqlaşmalarını diqqətə çatdıraraq narkotik maddə istifadəçisi olan gənclərin statistikasında sürətli şəkildə azalma olduğunu qeyd edib.

Təşkilatın sədri Büllur Məmmədova çıxışında layihənin məqsədi Azərbaycanın narkotiklərin geniş yayıldığı, interaktiv xəritədə qırmızı və sarı zonalara daxil olan rayon və şəhərlərində gənclərin narkomaniyaya qarşı mübarizə bilgilərini artırmaq, narkomaniya ilə mübarizə mədəniyyətini təkmilləşdirməkdən ibarət olduğunu bildirmişdir.

Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və digər çıxışçılar ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladılar. Qeyd etmişdirlər ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir. Sonda bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasının zəruriliyini vurğuladılar.

Keçidlər