Sabirabadda “Gənc ailə forumu” mövzusunda tədbir keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Gənclər Evinin və Sabirabad ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad Gənclər Evində “Gənc ailə forumu” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keşmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Sabirabad rayon RİH başçısı aparatının psixoloqu Nazim Sultanov, Sabirabad UADM-in direktor əvəzi Şamama Əbilova, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov və gənclər iştirak etmişlər.
Gənc Ailə Forumunun keçirilməsində əsas məqsəd çağdaş Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsidir.
Tədbir zamanı əmək bazarında gender bərabərliyinin təmin edilməsi, iş yerində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, ünvanlı dövlət sosial yardımın alınmasında yeniliklər, gənc ailələrin asudə vaxtının səmərəli təşkili, sosial ipoteka, reproduktiv sağlamlıq, ailə həkimliyi institunun qurulması, ilkin səhiyyə xidmətində aparılan islahatlar, alimentin verilməsi ilə bağlı mexanizmlər, nikah müqaviləsi, ailələrin inkişafı ilə bağlı mövcud hüquqi sənədlər, medianın ailələrə təsiri və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.