Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Ətraf mühitlə və iqlimlə bağlı lahiyələrdə qadınların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

12 iyul 2024 | 15:06

12 iyul 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ətraf mühitlə və iqlimlə bağlı lahiyələrdə qadınların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad 1 saylı Mediasiya təşkilatı, Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və rayonun fəal xanımları iştirak etmişdir.

Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, “Ətraf mühitlə və iqlimlə bağlı lahiyələrdə qadınların rolu” barədə məlumat verdi.

Tədbirdə digər çıxış edənlər yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı, ətraf mühitin və insan sağlamlığının qorunmasında davranışların dəyişdirilməsi, əhalinin maarifləndirilməsi prosesinin davam etdirilməsinin vacibliyini qeyd etmişlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı

Keçidlər