Sabirabadda “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarına qarşı nəzarət tədbirlərinin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayon Polis şöbəsinin inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarına qarşı nəzarət tədbirlərinin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək rayon Polis şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınmasında göstərdikləri şucayətdən, insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə bağlı ətraflı məlumat verdi.
Daha sonra rayon Polis şöbəsinin rəis müavini Emin Şirinov ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkili barədə çıxış etmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.